BAKI, 27 fevral. TELEQRAF

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin dəyəri 0.85% azalaraq 2,905.90 ABŞ dollarına bərabər olub.

Teleqraf birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti isə 1.07% azalaraq 31.925 ABŞ dolları təşkil edib.