BAKI, 19 fevral. TELEQRAF
Zəngilan rayonu, Cahangirbəyli kənd yaşayış məntəqəsinin yenidənqurulması layihəsi çərçivəsində daxili kommunikasiya (qaz, su, elektrik ve zəif axın) işlərinin satın alınması ilə əlaqədar tenderin nəticələri açıqlanıb.
Teleqraf xəbər verir ki, sifarişçisi “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxsi olan tenderin qalibi "SSAL-2" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Qalib şirkətlə 11 milyon 207 min 687 manatlıq müqavilə imzalanıb. Tenderin ehtimal olunan qiyməti 14 milyon 130 min 163 manat idi.
Qeyd edək ki, müvafiq işlərin görülməsinə bu ayın 17-də başlanılıb, iyunun 17-ə qədər isə bitməyi planlaşdırılır.