
BAKI, 18 fevral. TELEQRAF
2024-cü il ərzində Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditlərindən 472 qadın sahibkar yararlanıb və onların layihələrinə ümumilikdə 18,7 milyon manat güzəştli kredit verilib.
Bu barədə Teleqraf-a Fonddan məlumat verilib.
Bildirilib ki, sözügedən dövr ərzində 170 gənc sahibkar təqdim etdikləri layihələr üzrə ümumilikdə 7 milyon manat güzəştli kredit əldə edib.
Qeyd edək ki, 2024-cü il ərzində sahibkarların 5722 layihəsinə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 248,1 milyon manat güzəştli kredit verilib.