
BAKI, 17 fevral. TELEQRAF
Azərbaycan xaricdən damazlıq törədici buğa alışını azaldıb.
Teleqraf xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə Azərbaycandakı özəl damazlıq təsərrüfatları 35 min 300 manat dəyərində 9 baş damazlıq törədici buğa idxal ediblər.
Bu, 2023-cü illə müqayisədə 261 baş və ya 97 faiz azdır.
İdxal edilən damazlıq törədici buğaların orta alış qiyməti da aşağı düşüb. Belə ki, ötən il, bir başın orta alış qiyməti 3922.22 manat olubsa da, bu rəqəm 2023-cü ildə 5032.59 manat olub.