
BAKI, 17 fevral. TELEQRAF
Əmtəə bazarlarında təbii qaz fyuçerslərinin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 2.48% azalaraq 3.6327 ABŞ dollarına bərabər olub.
Teleqraf xəbər verir ki, Niderlandın "Title Transfer Facility"də (TTF) qazın meqavat-saatının dəyəri 0.09% artaraq 50.89 avroya bərabər olub.
Qeyd edək ki, "Title Transfer Facility"də qazın meqavat-saatının dəyəri aylıq əsasda 6.63% bahalaşıb.