
BAKI, 17 fevral. TELEQRAF
Londonun ICE birjasında "Brent” markalı neftin fyuçerslərinin qiyməti 0.05% artaraq 74.777 dollar/barel olub.
Teleqraf xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin 1 barelinin dəyəri isə 0.02% azalaraq 70.701 dollar təşkil edib.
Qeyd edək ki, "Brent" nefti aylıq əsasda 7.50%, WTI markalı neft isə 6.24% ucuzlaşıb.