BAKI, 13 fevral. TELEQRAF

Azərbaycan baytarlıq vaksinlərinin idxalını kəskin artırıb.

Teleqraf xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə 130,42 ton baytarlıq vaksinləri idxal edilib. Bu, 2023-cü illə müqayisədə 28,95 ton və ya 29 faiz çoxdur.

Baytarlıq vaksinləri əsasən Türkiyə (42.47 ton) və Rusiyadan (21.95 ton) idxal edilib.

Digər ölkələrin baytarlıq vaksinlərinin idxalında payı belədir: Belarus - 0.68 ton, Qazaxıstan- 13.8 ton, ABŞ - 0.2 ton, Argentina - 0.79 ton, Braziliya - 3.35 ton, Cənubi Afrika Respublikası - 0.02 ton, Hindistan - 1.02 ton, İordaniya - 10.19 ton, İsrail - 10.2 ton, İsveçrə - 0.8 ton, Meksika - 0.42 ton, Almaniya 0.04 ton, Çexiya - 2.97 ton, Fransa - 2.18 ton, İspaniya - 2.68 ton, İtaliya - 9.52 ton, Macarıstan 3.07 ton, Niderland 3.64 ton.

Ötən il Azərbaycanın bayrtarlıq vaksinlərinin ixracı isə 2 ölkəyə (Belarus və Tacikistan) 0.48 ton olub.