BAKI, 14 fevral. TELEQRAF

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Qazaxıstanın Beynəlxalq Sahibkarlar Birliyi 'KIT' arasında əməkdaşlıq memorandumu imzalanıb.

Teleqraf xəbər verir ki, bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sosial şəbəkə hesabında qeyd edib.

"Ölkəmizin biznesə ‘bir pəncərə’ xidmət modeli olan KOB evləri ilə bağlı təcrübə mübadiləsi məqsədilə KOBİA və Qazaxıstanın Beynəlxalq Sahibkarlar Birliyi 'KIT' arasında əməkdaşlıq memorandumunu imzaladıq. "KOB Evi" modeli üzrə tərcübəmizi Qazaxıstan ilə bölüşməyi gözləyirik”, deyə Orxan Məmmədov əlavə edib.