
BAKI, 14 fevral. TELEQRAF
Bu ilin yanvar ayında Türkiyə əcnəbilərə ümumilikdə 1547 ev satılıb. Azərbaycan vətəndaşları qonşu dövlətdən 50 daşınmaz əmlak alıblar.
Teleqraf Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, Türkiyənin xaricilərə mənzil satışı yanvar ayında əvvəlki ilin eyni ayına görə 24,9% azalaraq 1547-yə düşüb. Yanvar ayında ən çox daşınmaz əmlak Rusiya Federasiyası vətəndaşlarına satılıb (248).
Xatırladaq ki, ötən il Azərbaycanlılar Türkiyədən 866 mənzil alıblar.