
BAKI, 14 fevral. TELEQRAF
Londonun ICE birjasında "Brent” markalı neftin fyuçerslərinin qiyməti 0.33% artaraq 75.267 dollar/barel olub.
Teleqraf xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin 1 barelinin dəyəri isə 0.16% artaraq 71.405 dollar təşkil edib.
Qeyd edək ki, "Brent" nefti aylıq əsasda 8.25%, WTI markalı neft isə 9.28% ucuzlaşıb.