
BAKI, 11 fevral. TELEQRAF
Londonun ICE birjasında "Brent” markalı neftin fyuçerslərinin qiyməti 0.38% artaraq 76.158 dollar/barel olub.
Teleqraf xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin 1 barelinin dəyəri isə 0.36% artaraq 72.578 dollar təşkil edib.
Qeyd edək ki, "Brent" nefti aylıq əsasda 5.99%, WTI markalı neft isə 7.92% ucuzlaşıb.