
BAKI, 10 fevral. TELEQRAF
Sənaye zonalarında investisiya portfeli 7,9 milyard manatdan çox olan 152 sahibkarlıq subyektinə rezidentlik, 10 sahibkara isə qeyri-rezidentlik statusu verilib.
Bu barədə Teleqraf-a İqtisadi Zonaların İnkişafı Agentliyindən məlumat verilib.
Məlumata görə, sahibkarlar tərəfindən sənaye zonalarına 6,9 milyard manatdan çox investisiya yatırılıb, 84 müəssisə fəaliyyətə başlayıb, 10700-dən artıq daimi iş yeri yaradılıb.
Bundan başqa mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə olaraq 1 milyard manatdan çox investisiyanın yatırılması, 8000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.