BAKI, 10 fevral. TELEQRAF

Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sığortasına maraq azalıb.

Teleqraf Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, ötən il bu sığorta növü üzrə yığımlar azalıb.

Belə ki, 2024-cü ildə bu sığorta növü üzrə yığımlar 2023-cü illə müqayisədə 1,8 dəfə azalaraq 2 milyon 104 min manat olub.

Ancaq bu növ sığorta üzrə ödənişlər 1 milyon 331 min manat təşkil edib ki, bu da illik müqayisədə 251,2 min manat və ya 23 faiz çoxdur.

Bu sığorta ilə müqavilə ilə nəzərdə tutulmuş hallar nəticəsində kənd təsərrüfatı heyvanlarına dəyən ziyan və zərərlərə təminat verilir. Bu zaman heyvanlar cinsinə və yaşına görə sığortalanır.