"Pinduoduo" marketpleysinin və onun törəmə şirkəti olan "Temu"nun yaradıcısı Kolin Huang Çinin ən varlı adamıdır.

Teleqraf.com xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Xəbərə görə, milyarderin 2024-cü il avqustun 9-da hesablanmış sərvəti 48,6 milyard dollardır.