“Amazon”un qurucusu Ceff Bezos 211 milyard dollardan çox sərvətilə öz rekordunu qırıb.
Teleqraf.com xəbər verir ki, Pentaqon “Microsoft”la 10 milyard dollarlıq Birgə Müdafiə İnfrastruktur Təşəbbüsü (JEDI) tenderini ləğv etdiyini elan etdikdən sonra “Amazon”un səhmləri 4.7 % artıb.
Təkcə çərşənbə günü Bezosun sərvəti ümumilikdə 8.4 milyard dollar artıb.
Bloomberg Milyarderlər İndeksinə görə, “Tesla”nın səhmləri bu il təxminən 10 % azalıb, yanvar ayından bəri isə “Amazon”un səhmləri 15,4 % dəyər qazanıb.