BAKI, 2 fevral. TELEQRAF
Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin müəllimi, coğrafiya üzrə elmlər namizədi Firəngiz Eyyub qızı Qasımova vəfat edib.
Bu barədə Teleqraf-a universitetdən məlumat verilib.
Firəngiz Qasımova 1980–1986-cı illərdə BDU-nun Coğrafiya fakültəsində ali təhsil alıb, 1987–1989-cu illərdə isə Xarici Dillər Universitetinin nəzdində “Ərəb dili” kursunu bitirib.
Firəngiz Qasımova 1980-ci ildən etibarən BDU-da əmək fəaliyyətinə başlayıb, uzun illər İqtisadi və sosial coğrafiya, 2007-ci ildən isə Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedralarında çalışıb. 2007-ci ildə “Abşeron iqtisadi rayonunun şəhər tipli yaşayış məntəqələrinin inkişafının iqtisadi və sosial təhlili” mövzusunda dissertasiya müdafiə edərək coğrafiya üzrə elmlər namizədi elmi dərəcəsini alıb.