BAKI, 25 sentyabr. TELEQRAF

Kamçatkada ayının hücumundan sağ çıxmağı bacaran qadın xəstəxanada dünyasını dəyişib.

Teleqraf xəbər verir ki, bu barədə regional Səhiyyə Nazirlinin “Telegram” kanalında paylaşım edilib.

Qeyd edək ki, Petropavlovsk-Kamçatski sakini məktəbyanı idman meydançasının ərazisində ayının hücumuna məruz qalıb. Zərərçəkəni xəstəxanaya çatdırıb reanimasiyaya yerləşdiriblər, ayı isə öldürülüb.