AĞDAM, 23 sentyabr. TELEQRAF

Bu gün Ağdamda minaya düşərək həlak olan kəşfiyyatçı Xanı kimi tanınan Səyyaf Əhmədovun meyiti minalanmış ərazidən çıxarılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, onun meyiti aidiyyəti üzrə təhvil verilib.

***

19:40

Sentyabrın 23-də Ağdam rayonunun Mirəşelli kəndi ərazisində mina partlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb. Məlumatda bildirilib ki, 1971-ci il təvəllüdlü Baharlı kənd sakini Əhmədov Səyyaf Fiqan oğlu minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində mina partlayışı nəticəsində həlak olub.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır: "ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır".

***

18:45

Kəşfiyyatçı Xanı kimi tanınan Səyyaf Əhmədov minaya düşərək həlak olub.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə Ağdam rayonun Mirəşelli kəndinin ərazisində baş verib.

Hazırda aidiyyatı qrumlar hadisə yerinə cəlb olunaraq onun nəşinin ərazidən çıxarılmasına çalışırlar.