BEYLƏQAN, 18 sentyabr. TELEQRAF

Beyləqanda həyat yoldaşını bıçaqlayan şəxs tutulub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Teleqraf-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən zərərçəkənin həyat yoldaşı Orxan Mahmudlu saxlanılıb.

Araşdırma aparılır.

***

14:27

BAKI, 18 sentyabr. TELEQRAF

Bu gün saat 12:00 radələrində Beyləqan rayonunda xəsarət alması nəticəsində 1 nəfər (qadın cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 1993-ci il təvəllüdlü şəxsə sağ saidin kəsilmiş açıq yarası diaqnozu təyin edilib. Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Məryəm Surxay

13:07

BEYLƏQAN, 18 sentyabr. TELEQRAF

Beyləqanda 32 yaşlı qadını həyat yoldaşı bıçaqlayıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Rəsulzadə küçəsində baş verib.

1993-cü il təvəllüdlü Mahmudlu Ülviyyə Rövşən qızı sağ saidin kəsilmiş açıq yarası ilə Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanaya daxil olarkən Ü.Mahmudlu ailədaxili mübahisə zəminində həyat yoldaşı tərəfindən xəsarət yetirildiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.