BAKI, 11 sentyabr. TELEQRAF
Meksikada qaz daşıyan avtosisternin partlaması nəticəsində xəsarət alanların sayı 70 nəfərə çatıb, üç nəfər ölüb.
Teleqraf xəbər verir ki, bu barədə şəhərin meri Klara Bruqada “X” sosial şəbəkəsində yazıb.
"Bildirirəm ki, hazırda 70 nəfərin xəsarət alması və təəssüf ki, üç nəfərin ölüm faktı qeydə alınıb", - Bruqada yazıb.
***
03:56
Meksikanın paytaxtı Mexikoda qaz sisternin partlaması nəticəsində azı 57 nəfər xəsarət alıb.
Teleqraf xəbər verir ki, bu barədə şəhərin meri Klara Bruqada bildirib.
“İlkin versiyaya görə, 49,3 min litr həcmində qaz sisterni aşıb. Hadisənin dəqiq səbəbləri prokurorluq tərəfindən müəyyən ediləcək. Qaz sisterni aşdıqdan sonra bir neçə partlayış baş verib. Nəticədə 57 nəfər xəsarət alıb və müxtəlif xəstəxanalara yerləşdirilib", - mer “X” sosial şəbəkəsində paylaşdığı videomüraciətində deyib.
Bundan başqa, 18 avtomobilin zədələndiyi bildirilir.
“Xəsarət almış 19 nəfərin vəziyyəti ağırdır. Təxliyə üçün helikopterlərdən, təcili yardım maşınlarından və hadisə yerinə gələn bütün təcili yardım xidmətlərinin qüvvələrindən istifadə edilib", - o əlavə edib.