BAKI, 4 sentyabr. TELEQRAF

Ucar rayonunda ölümlə nəticələnən yol qəzası olub.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, Həmidov Mirzəxan Tahir oğlu idarə etdiyi “Hyundai H 100” markalı yük avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyada 1954-cü il təvəllüdlü Həmidova Gülşən Məhəmmədəli qızını ehtiyatsızlıqdan vurub.

Nəticədə Gülşən Həmidova aldığı xəsarətlərdən Göyçay rayon mərkəzi xəstəxanasında ölüb.

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.

İstintaq aparılır.