TOVUZ, 2 sentyabr. TELEQRAF

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun H.Əliyev prospektində qeydə alınıb.

VAZ-2107 markalı avtomobil qarşı tərəfdən hərəkət edən eyni markalı avtomobillə toqquşub.

Qəza zamanı avtomobillərdən biri yol kənarındakı şam ağacına çırpılıb.

Hadisə nəticəsində Tovuz rayon sakini Fuad Vəliyev (1995-ci il təvəllüdlü) və Tovuz rayonu Kirən kənd sakini Mehman Mehdiyev (1975-ci il təvəllüdlü) xəsarət alıblar.

Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma başlanılıb.