BAKI, 28 avqust. TELEQRAF

Sabirabad rayonunda oğul yaşlı anasını güllələyib, sonra özünü öldürüb.

Teleqraf-ın əldə etdiyi xəbərinə görə, rayonun Nizami kəndində baş verən cinayət hadisəsi ailə münaqişəsi zəminində törədilib.

Kənd sakini, 1970-ci il təvəllüdlü İsayev Malik Xanlar oğlu anası 1938-ci il təvəllüdlü Hüseynova Səbiyyə Astan qızını ov tüfəngi ilə yaralayıb, sonra özünə qəsd edib. S.Hüseynova Şirvan Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq, əməliyyata götürülüb. Hazırda onun vəziyyətinin ağır olduğu deyilir.

Hadisə ilə bağlı bəzi detallar məlum olub.

Ailə arasında tez-tez münaqişə olub. Cinayəti törədən M.İsayev anası ilə birlikdə yaşayıb. Ana ilə oğul arasında bundan bir qədər əvvəl də mübahisə yaranıbmış. Ailə münaqişəsi zəminində həmçinin Malik İsayevin övladlarından biri Asif İsayev həyat yoldaşını bıçaqlayıb. Hazırda həbsxanada cəza çəkir.

Traktor sürücüsü olan Malik İsayev iki övlad atası olub. Mədəsində yaranan problem səbəbindən müalicə alırmış. Onun atası 15 il əvvəl vəfat edib, anası isə pensiya yaşındadır.

Faktla bağlı rayon hüquq-mühafizə orqanları araşdırma başladıb.