GƏNCƏ, 26 avqust. TELEQRAF
Bu gün saat 17:40 radələrində 5 nəfər (3 qadın, 2 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxanaya hospitalizasiya olunub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Məlumata görə, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabildir.
Fəridə
***
18:44
Gəncədə toya gedərkən qəzaya düşən şəxslərin kimliyi məlum olub.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. "Mercedes" və "Chevrolet" markalı avtomobillərin toqquşması nəticəsində Yeganə Əsgərova (1988), Gülşən Hüseynova (1990) Oleq Titiov (1981), Zamin Həsənov (1989) Ayşən Həsənova (1996) xəsarət alıblar.
***
17:51
Gəncədə yol qəzası baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
İlkin məlumata görə, 5 nəfər xəsarət alıb.
Qəzanın səbəbləri araşdırılır.