BAKI, 25 avqust. TELEQRAF

Hindistanın Uttar-Pradeş ştatında zəvvarları daşıyan traktorla konteyneri olan yük maşınının toqquşması nəticəsində azı 8 nəfər ölüb.

Teleqraf xəbər verir ki, bu barədə yerli ANI agentliyi polisə istinadən məlumat yayıb.

Hadisə nəticəsində daha 40 nəfər xəsarət alıb.

Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Qəzanın səbəbləri açıqlanmır.