GƏNCƏ, 24 avqust. TELEQRAF

Gəncədə 29 yaşlı şəxs bıçaqlanıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhər ərazisində, MİDA yaşayış kompleksində baş verib.

Bıçaq xəsarəti almış 1996-cı il təvəllüdlü Elmir Əmirov şəhər xəstəxanalarından birinə yerləşdirilib. Onun əməliyyat olunduğu bildirilir. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisənin təfərrüatı araşdırılır.