BAKI, 14 avqust. TELEQRAF

Bu gün saat 09:45 radələrində Lənkəran şəhəri 20 Yanvar küçəsi ərazisində baş vermiş piyada vurma hadisəsi nəticəsində 1 nəfər (kişi cinsli) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Yaralıya zəruri tibbi xidmətlər göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir.

***

13:17

LƏNKƏRAN, 14 avqust. TELEQRAF

Lənkəranda 6 yaşlı uşağı maşın vurub.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin 20 Yanvar küçəsində baş verib. Hərəkətdə olan "QAZ-3110" markalı avtomobil yolu əks istiqamətə keçmək istəyən 2019-cu il təvəllüdlü A.İsmayılzadəni vurub.

Ağır xəsarət alan azyaşlı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər.

Xəstəxanadan verilən məlumata görə, A.İsmayılzadənin huşu tam aydın deyil, baş nahiyəsində çoxsaylı əzilmiş yaralar, həmçinin sağ çiynində sınıq var. O, reanimasiya şöbəsinə yerləşdirilib və müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.