BAKI, 11 avqust. TELEQRAF
Avqustun 10-da saat 23:00 radələrində Ağdaş rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər (2-si qadın, 1-i kişi olmaqla) Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 1960, 1998 (hər ikisi qadın) və 2003-cü il təvəllüdlü (kişi) şəxslərə bədənin müxtəlif nahiyələrinin əzilmiş, kəsilmiş yaraları və travmaları diaqnozları təyin olunub.
"1960 və 1998-ci il təvəllüdlü şəxslərin vəziyyətləri orta ağır qiymətləndirilib. Hər iki şəxsin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.
Vəziyyəti orta ağır qiymətləndirilən 2003-cü il təvəllüdlü şəxsin müalicəsi isə Reanimasiya şöbəsində davam etdirilir",- məlumatda qeyd olunub.
***
00:23
AĞDAŞ, 11 avqust. TELEQRAF
Ağdaşda yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Maşad kəndi yaxınlığında baş verib.
"Mercedes" markalı iki avtomobilin toqquşması nəticəsində 2003-cü il təvəllüdlü Umarov Kənan Elvin oğlu və 1960-cı il təvəllüdlü Hüseynova Şəhla Kazım qızı xəsarət alıblar.
Onlar xəstəxanaya çatdırılıb.
Hər iki yaralının durumu orta ağır qiymətləndirilir.