BAKI, 9 avqust. TELEQRAF
Bakıda çimərlik ərazisində işləyən qadını avtomobil vuraraq öldürüb.
Teleqraf xəbər verir ki, hadisə Sabunçu rayonunun Nardaran qəsəbəsində baş verib.
1978-ci il təvəllüdlü Mütəllimova Gülnarə Hüseynağa qızını gecə növbəsindən çıxıb evə gedərkən "Toyota Prius" markalı avtomobil vurub.
O, aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma başlanılıb.