AĞDAŞ, 8 avqust. TELEQRAF
Ağdaşda 35 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Xosrov kəndində baş verib.
Qaynaq əməliyyatı zamanı su ilə təmas edən elektrik cərəyanı 1990-cı il təvəllüdlü Tahirov Saleh Əliağa oğlunun ölümünə səbəb olub.
Faktla bağlı araşdırma aparılır.