BAKI, 19 iyul. TELEQRAF
Vyetnamın şimalında, Cənubi Çin dənizində yerləşən Halonq körfəzində turist qayığının batması nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb.
Teleqraf xəbər verir ki, 5 nəfər hələ də itkin düşmüş sayılır. 10 nəfər xilas edilib.
Qeyd olunur ki, “VnExpress” portalının daha əvvəl yaydığı məlumata əsasən, göyərtəsində 48 turist və 5 ekipaj üzvü olmaqla ümumilikdə 53 nəfər olan gəmi əlverişsiz hava şəraiti səbəbindən dənizdə çevrilib. Hadisə baş verən ərazi Halonq körfəzi kimi məşhur turizm mərkəzində yerləşir.
***
2025.07.19
21:01
Vyetnamın Halonq körfəzində içərisində 50-dən çox insanın olduğu turist qayığının çevrilməsi nəticəsində azı 34 nəfər ölüb, itkin düşənlər var.
Teleqraf xəbər verir ki, qayıq qəfil başlayan güclü yağış səbəbindən çevrilib.
Yerli mətbuatın məlumatına görə, 10 nəfər xilas edlib, 34 nəfərin isə cəsədi aşkar edilib.
Sərnişinlərdən arasında 20-dən çox uşaq olub.
Qeyd edək ki, YUNESKO-nun Dünya İrsinə daxil olan Halonq körfəzi Vyetnamın ən populyar turizm istiqamətlərindən biridir. Hər il milyonlarla insan bu körfəzin mavi-yaşıl sularını və tropik meşələrlə örtülü adalarını ziyarət edir.