BAKI, 4 iyul. TELEQRAF

Malayziyada timsahın hücumuna məruz qalmış balıqçının qalıqlarının axtarışı başa çatıb.

Teleqraf xəbər verir ki, bu barədə yerli “Malay Mail” nəşri məlumat yayıb.

Məlum olub ki, 33 yaşlı Cekob Tuan gecə vaxtı çaya balıq tutmağa gedib. Onun geri qayıtmamasından narahat olan qohumları təhlükəsizlik xidmətlərinə müraciət ediblər və axtarışlara başlanılıb. Sıx bitki örtüyü və qaranlığın düşməsi səbəbindən cəsədi həmin gün deyil, yalnız növbəti gün, ehtimal olunan hücum yerindən 300 metr aralıda aşkar etmək mümkün olub. Yarısı yeyilmiş cəsədin qalıqları ekspertizaya göndərilib.