TOVUZ, 19 iyun. TELEQRAF
Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Köhnə Qala kəndində baş verib.
"VAZ2107" markalı avtomobil digər maşınla toqquşub. Qəza zamanı dünən toy mərasimi keçirilən Gədəbəy rayon Çobankənd sakini 1993-cü il təvəllüdlü Röyal Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı xəstəxanalardan birinə yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.