BAKI, 30 may. TELEQRAF

Minaya düşən şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

Bu barədə Teleqraf-a TƏBİB-dən xəbər verilib.

"Bu gün saat 19:30 radələrində Tərtər rayonu Qaradağlı kəndi ərazisində minaya düşmə səbəbilə xəsarət alan 1 nəfər (kişi cinsli) Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

1978-ci il təvəllüdlü şəxsə sağ ayağın pəncə nahiyəsinin parçalanmış, didilmiş yarası diaqnozu təyin edilib.

İxtisaslı tibbi yardımın göstərilməsi üçün pasiyent Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

Pasiyentin sağ aşıq baldırının travmatik amputasiyası əməliyyatı icra olunub.

Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir".

***

21:15

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyi (ANAMA) Tərtər rayonunun Qızıloba kəndi ərazisində baş vermiş mina hadisəsi barədə birgə məlumat yayıb.

Teleqraf-a verilən məlumatda qeyd olunur ki, Yuxarı Qaradağlı kənd sakini 1978-ci il təvəllüdlü Hüseynov Telman Əhməd oğlu keçmiş təmas xəttiində minalardan təmizlənməmiş Qızıloba kəndi ərazisində heyvan otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb. Xəsarət alan şəxs sağ ayağın pəncə hissəsinin cırılmış dağılmış yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

***

20:53

Tərtərdə minaya düşən mülki şəxsin vəziyyəti ağırdır.

Bu barədə Teleqraf-n sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, bu gün saat 19:30 radələrində Tərtər rayonu Qaradağlı kəndi ərazisində minaya düşmə səbəbilə xəsarət alan 1 nəfər (kişi cinsli) Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

"1978-ci il təvəllüdlü şəxsə sağ ayağın pəncə nahiyəsinin parçalanmış, didilmiş yarası diaqnozu təyin edilib.

Hazırda müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir", - məlumatda deyilib.

***

19:46

AĞDƏRƏ, 30 may. TELEQRAF

Ağdərə rayonunun Qırmızı kənd ərazisində minaya düşən 1978-ci il təvəllüdlü Hüseynov Telman Əhməd oğlu Bərdə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Teleqraf-ın bölgə müxbiri xəbər verir ki, təcili əməliyyata götürülən yaralının bir ayağı amputasiya olunub.

***

19:27

AĞDƏRƏ, 30 may. TELEQRAF

Ağdərə rayonunun Qırmızı kənd ərazisində mülki şəxsin minaya düşməsi faktı qeydə alınıb.

Teleqraf-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə zamanı Tərtər rayonunun Yuxarı Qaradağlı kənd sakini, Hüseynov Telman Əhməd oğlu ərazidə mal-qara otararkən mina partlayışı nəticəsində xəsarət alıb.

Hazırda hadisə yerindən yaralının təxliyəsi və ilkin tibbi yardım göstərilməsi istiqamətində tədbirlər görülür.

Bərdə Diaqnostika Mərkəzinə yerləşdirilib. Ayağının biri amputasiya olunub.