​YEVLAX, 11 may. TELEQRAF

Yevlaxda minik avtomobili yük maşınına çırpılıb.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə az öncə Qazax-Bakı magistral yolunun rayonun Duzdağ qəsəbəsi yaxınlığından keçən hissəsində baş verib.

Belə ki, "Mersedes" markalı minik avtomobili tırla toqquşub. Qəza magistral yolda nəqliyyatın hərəkətinə çətinlik yaradıb.

Faktla bağlı araşdırma başlanıb.