GƏNCƏ, 9 may. TELEQRAF

Bu gün saat 14:00 radələrində 2001-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBIB-dən məlumat verilib.

Bildirilib ki, alının sol nahiyəsinin kəsik yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.

"Vəziyyəti stabil qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir", - məlumatda deyilib.

***

14:53

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə 44 nömrəli məktəb-lisey kompleksinin qarşısında qeydə alınıb.

Mingəçevir şəhər sakini 2001-ci il təvəllüdlü Kamran Hüseynov baş nahiyəsindən bıçaqlanıb.

İlkin məlumata görə, onu dostu həmin əraziyə çağırıb və mübahisə zəminində bıçaqlayıb. 24 yaşlı şəxsin vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma başlanılıb.