BAKI, 25 aprel. TELEQRAF
Aprelin 22-də 2009-cu il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, boyunun, döş qəfəsinin, budun açıq yarası diaqnozları təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib. Aprelin 23-də pasiyent daha ixtisaslı tibbi xidmət almaq üçün Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Kliniki Tibbi Mərkəzin Uşaq cərrahiyyəsi şöbəsinə yerləşdirilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda vəziyyəti stabildir.
***
10:53
GƏNCƏ, 25 aprel. TELEQRAF
Gəncədə baş verən insident zamanı xəsarət alan məktəbli Fərid Quliyev Bakı şəhərinə aparlıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, o, müalicə üçün Kliniki Tibbi Mərkəzə köçürülüb.
Məlumat üçün bildirək ki, insident şəhərin Yeni Gəncə yaşayış massivində Ə.Cavad adına 2 saylı tam orta məktəbin şagirdləri arasında dava baş vermişdi. Hadisə zamanı adıçəkilən şəxs ciddi xəsarətlər almışdı.