
BAKI, 22 mart. TELEQRAF
Tailandın Phuket şəhərində onlarla turisti daşıyan avtobus qəzaya uğrayıb.
Teleqraf xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.
Məlumata görə, avtobusda olan turistlərin hamısı Rusiya vətəndaşı olub. Rusiyanın Phuket şəhərindəki baş konsulu Yeqor İvanov məlumatı təsdiqləyib.
O, bildirib ki, qəza Kamala və Patong çimərlikləri arasındakı ərazidə hava limanından transfer zamanı baş verib. Qəza zamanı avtobusda 35 rus vətəndaşı olub. 4 nəfər yaralanıb.