BAKI, 19 fevral. TELEQRAF
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 18-də ümumi çəkisi 41,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 12,1 kiloqramdan artıq heroin, 28,3 kiloqrama yaxın marixuana və 1 kiloqramdan çox metamfetamin olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.