BAKI, 17 fevral. TELEQRAF

Bakının Nəsimi rayonu ərazisində silah-sursat aşkarlanması ilə bağlı əməliyyat keçirilib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində 1 tapança, 1 patron darağı, 3 qumbara, 1 alışdırıcı və 1 süngü bıçaq tapılaraq götürülüb.

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.