BAKI, 14 Fevral, TELEQRAF

Bakının Nəsimi rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, Nəsimi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 3 şəxs - Q.Qədimov, K.Əhmədov və Ə.Nağıyev müəyyən olunaraq saxlanılıb.

Onlardan ümumilikdə 2,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.