Kolumbiyaya səyahət edən turist selfi çəkən zaman dağdan yıxılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.

Məlumata görə, 35 yaşlı turist heç bir müşayiət olmadan Taqanq bölgəsindəki dağlarda gəzən zaman selfi çəkmək qərarına gəlib. Selfi çəkdirən zaman müvazinətini itirərək uçurumdan yıxılıb.

Hadisə yerində olan digər turistlər 35 yaşlı səyyahı aşkar edərək təcili yardım çağırıblar. Ancaq həkimlər 35 yaşlı turisti xilas edə bilməyib.