"Mexican Navy Persuader" patrul təyyarəsi Meksikanın Yukatan əyalətinin sahillərindən yüz kilometrdən çox aralıda aşmış qayıqda bir balıqçı tapıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Hərbi Dəniz Qüvvələri X sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, hazırda həmin dənizçinin xilas edilməsi üçün zəruri tədbirlər görülür.