Narkotiklə tutulan şəxslərin bank kartlarından oğurluq etmələri müəyyən olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə əvvəllər məhkum olunmuşlar Hüseynxan Yadigarlı və Rahim Səlimzadə saxlanılıblar.

Onlardan metamfetamin aşkar olunaraq götürülüb.

H.Yadigarlının müxtəlif vaxtlarda 2 nəfərin bank kartından ümumilikdə 650 manat, R.Səlimzadənin isə 2 nəfərin bank kartlarından ümumilikdə 200 manat pul oğurlamaları, bir nəfəri isə aldadaraq 130 manat pulunu alması müəyyən olunub.

Bundan başqa, fevralın 12-də paytaxt sakinləri olan bir nəfərin bank kartından 1850 manatını, digər bir nəfərin bank kartından 1000 manatını, Sumqayıt şəhərində isə bir nəfərin bank kartından 150 manatını oğurlamaqda şübhəli bilinən 3 qadın polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Bütün faktlarla bağlı araşdırma aparılır.