Yanvarın 11-də saat 21 radələrində Binəqədi qəsəbəsi ərazisində bir nəfərə kəsilmiş-deşilmiş xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, həmin şəxs xəstəxanaya yerləşdirilib.

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Elşən Quliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.