Bakının Səbail rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, dekabrın 24-də bir nəfərin içərisində 2200 ABŞ dolları və 230 manatı olan çantası oğurlanıb.

Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən Ağsu rayon sakini Natiq Sadıqov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.