Ordubad rayonunda evdən oğurluq edən şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir ki, Ordubad rayon polis şöbəsinin əməkdaşları Gənzə kəndindən evlərdən birindən qızıl-zinət əşyaları və pul vəsaiti oğurlayan şəxsi müəyyənləşdirib.

Rayon sakini, əvvəllər məhkum olunmuş A.Əliyevin barəsində Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 69.3- cü maddələri ilə cinayət işi açılıb.

İstintaq hərəkətləri davam edir.