Bakının Nəsimi rayonu ərazisindən Bakı şəhər sakini K.Aliyevə məxsus “Minsk” markalı motosikletin qaçırılması barədə polisə məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Qusar rayon sakini, əvvəllər məhkum olunmuş Rakim Babaliyev saxlanılıb.

Araşdırmalarla onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da məlum olub.