Bakının Nizami rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki mağazaların birində Bakı şəhər sakini olan bir qadının içərisində 6800 manatı, sənəd və ev açarları olan çantasının oğurlanması barədə polisə məlumat daxil olub.
Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Emin Əliyev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.