Bakının Binəqədi rayonunda qadına qarşı cinayət törədilib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini olan bir qadına hədə-qorxu gəlinməklə 600 manatının və qızıl üzüyünün alınması barədə polisə məlumat daxil olub.

Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini A.Qəhrəmanov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.